Ərdoğanın Naxçıvan səfəri - erməni və havadarlarına ciddi xəbərdarlıq mesajı-AÇIQLAMA

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Qarabağda həyata keçirdiyi uğurlu antiterror tədbrilərindən sonra Naxçıvana səfər etməsi tarixi əhəmiyyət kəsb edən səfərdir. Birincisi ona görə ki, bu səfərlə prezident Ərdoğan Türkiyənin Azərbaycanın suveren hüquqlarınını təmin etməsinə dəstək verib, uğurlu antiterror tədbrilərinin peşəkarlıqla mülki insanlara zərər vermədən ən qısa zamanda yerinə yetirilib yerli erməni əhalisinə humanitar dəstək göstərməsinə görə təşəkkürünü bildirib. Ərdoğanın da qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi bu antiterror tədbiri ilə dünyaya Türkün ədalətini və mərhəmətini nümayiş etdirdi”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun fikrincə, bu səfər heç də təsadüfi xarakter daşımır. “Bu səfər Azərbaycanın qələbələrinin qeyd etdiyi tarixi günlər ərəfəsinə təsadüf edir. Belə ki, səfər Azərbaycanın erməni işğalına son qoymaq üçün 44 günlük müharibənin başlamasının 3-cü il dönümü ərəfəsinə, 19 sentyabrda öz torpaqlarında suveren hüquqlarını təmin edilməsi istiqamətində həyata keçirdiyi lokal antiterror tədbrilərinin başa çatdığı və Qarabağdakı erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan uğurlu addımlarla müşayiət olunan günlərdə həyata keçirildi. Bu səfər həm də qardaşın çətin və mühüm günlərdə bir-birinin yanında olması və bir-birinə dəstək verməsi baxımdan böyük əhəmiyyət kəsb edir. Çünki Qarabağdakı aniterror tədbriləri keçirilən günlərdə prezident Ərdoğan Nyu-Yorkdə BMT Baş Assambleyasının illik sessiyasında iştirak edirdi və orada ali tirubunadan Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Eyni zamanda sessiya çərçivəsində keçirdiyi görüşlərdə keçirilən antiterror tədbrilərinin zərurətini və bunun Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi kimi qəbul edilməsini diqqətə çatdırıb. Türkiyə BMT kimi dünyanın ən mötbər təşkilatının platformasından istifadə edərək Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini dünya birliyinin diqqətinə çatdıraraq, Bakının addımlarını dəstəkləyib. Dünya birliyini də Bakının bu addımlarına hörmətlə yanaşmağa çağırıb. Türkiyənin bu əməyinə görə, Prezident İlham Əliyev prezident Ərdoğana Azərbaycan xalqı adından təşəkkürünü bildirib və bunun heç zaman unudulmayacağını qeyd edib”, - o bildirib.  

Deputat əlavə edib ki, bunun Azərbaycan və Türkiyə liderlərinin Naxçıvanda görüşməsi və oradan ermənilər, onların havadarlarına verdikləri mesajlar ciddi əhəmiyyət kəsb edir. 

Birincisi, bu görüş Bakı və Ankarının hər zaman bir-birinə dəstək verən qardaş və müttəfiq ölkə olduğu;

İkincisi, Azərbaycanın həyata keçirdiyi antiterror tədbriləri ilə öz suveren hüquqlarını bərpası ilə bölgədə yaranan yeni geosiyasi reallıq və əməkdaşlıq üçün yaranan yeni imkanlar;

Üçüncüsü, bölgədə Ankaranın bölgədə oturuşması və onsuz hər hansı məsələnin həllini tapmaması;

Dördüncüsü, sülh üçün geniş imkanların və əməkdaşlıq üçün yeni fürsətlərin yaranması;

Beşincisi, Ankara və Bakının bölgədə gələcək əməkdaşlıq planları;

Altıncısı, Ankara və Bakının Naxçıvanı da bölgənin enerji, nəqliyyat, logistika bir qovşağa çevrilməsi və bununla bağlı imzalanan sənədlərə, nəzərdə tutulan layihələr;

Yeddincisi, iki ölkə arasında hərbi əməkdaşlıq və təhlükəsizlik;

Səkkizincisi, Zəngəzur dəhlizi və Orta Dəhlizin şaxələndirilməsi, onun imkanlarından həm iki ölkənin, həm də region ölkələrinin daha geniş formada faydalanması baxımdan ciddi mesajlar verildi”, -o qeyd edib.

Deputat əlavə edib ki, bu görüş Azərbaycan və Türkiyənin sarsılmaz birliyinin və bütün məsələlərdə həmrəy olduğunun dünyaya mesajı idi: “Əminəm ki, iki qardaş ölkənin birgə səyi, ədaləti, mərhəməti nəticəsində tez bir zamanda sülh, əmin-amanlıq gələcək. Regionumuz yeni inkişaf mərhələsinə qədəm qoy

acaq”.