Erməni politoloqdan papaya tərs sillə

"Papa Franisin "erməni soyqırımı”na münasibəti dini xarakterə malikdir”. Erməni mətbuatına açıqlamasında Ermənistan "Qafqaz” İnstitutunun direktoru Aleksandr İskəndəryan Roma papası Fransisin qondarma "erməni soyqırımı” ilə bağlı açıqlamasına münasibətində belə deyib. A.İskəndəryan Roma papasının məsələyə Xristian dini mövqeyindən yanaşdığını və buna görə, erməniləri dəstəklədiyini bildirib. "Papa çıxışında ermənilərin dini mənsubiyyətinin, həmçinin mədəni tərəfinin xristian dünyasının müəyyən hissəsi olduğunu dedi. Bu nöqteyi-nəzərdən məsələyə öz münasibətini bildirdi” – deyə politoloq qeyd edib.