Erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri belə sıradan çıxarıldı - VİDEO

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələrini sıradan çıxarmasının görüntüsü yayılıb.

Sabahinfo.az xəbər verir ki, görüntüdə Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələrinin ordumuz tərəfindən sıradan çıxarılması əksini tapıb.