Erməni xisləti

Mütərəqqi dini dəyərlərdə sülh və insanların sivil birgəyaşayış şəraitində yaşamasına böyük əhəmiyyət verilir və onların təmin olunmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. İslam, Xristianlıq, Yəhudilik, Buddizm kimi dünya dinlərinin müqəddəs kitablarında dini dözümlülük və insanpərvərlik təşviq edilir, fərqli dinlərə qarşı düşmənçiliyin yolverilməzliyi göstərilir.

Hələ erməni dövlətinin mövcud olmadığı dövrdə kilsə erməni icmalarının yalnız dini deyil, həm də siyasi himayəçisi vəzifəsini yerinə yetirirdi. Erməni kilsəsi tarixi şəraitin dəyişməsindən asılı olaraq öz mövqeyini möhkəmləndirmək üçün böyük hiyləgərliklə daim hansısa xarici qüvvəyə sığınırdı.

“Ukrainskaya Pravda” qəzetinin 4 iyul tarixli sayında “Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir” adlı məqalə dərc olunmuşdur.

Bildirilir ki, Moskvada Erməni Apostol Kilsəsində yeni yaradılmış “ARBAT” adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbiri keçirilmişdir. Erməni batalyonu döyüşlərdə Ermənistan bayrağı altında vuruşacaq.

Fotolarda erməni kilsə xadimlərinin Ukraynanın Donbas regionunda döyüşlərə qatılacaq erməni döyüşçülərə xeyir-dua verməsi əks olunur. Keşişin yeni yaradılmış “ARBAT” batalyonunun komandiri Abrek ləqəbli Hayk Qasparyana xaç çəkərək salamlamasını görmək olar. Hayk Qasparyan Vaqner qrupunda hərbi təlim aldığını bildirmişdir.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsas təşkilatçılarından biri olan A.S.Qriboyedov Rusiya imperatoruna yazırdı: “Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”. Beləliklə, Çar Rusiyası erməni kilsəsi ilə sövdələşməyə gedərək Cənubi Qafqazın dini-etnik mənzərəsində məqsədli şəkildə dəyişiklik yaratdı, xüsusilə tarixi Azərbaycan torpaqlarında bilərəkdən erməniləri məskunlaşdırdı.

Erməni kilsəsi həmişə bir-biri ilə düşmən olan ölkələr arasında manevrlər edərək öz məqsədinə çatmağa çalışmışdır. Bu kilsə müxtəlif tarixi dövrlərdə Çar Rusiyası, Böyük Britaniya və Fransadan dəstək almışdır. Həm SSRİ, həm də Hitler Almaniyası ilə eyni vaxtda əməkdaşlıq etmişdir. II dünya müharibəsində erməni kilsəsinin tövsiyəsi ilə erməni terror təşkilatları Almaniyada faşist rejimi ilə sıx əməkdaşlıq etmişlər. Erməni kilsəsinin göstərişi ilə törədilmiş terror aktları xüsusi qəddarlığı ilə fərqlənmiş, bunun nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliama və soyqırıma məruz qalmış, yaşayış məskənləri, mədəni və dini abidələr məhv edilmişdir.

Erməni kilsəsi bir tərəfdən erməniləri dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərir, digər tərəfdən başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, dinc əhaliyə qarşı qanlı terror aktlarının həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Erməniçiliyin faşizmi təbliğ edən tezisləri də erməni katolikosları tərəfindən hazırlanmışdır.

 

Əminə Ağzadə,

Millət vəkili