"Ermənistan bizə qarşı cinayətlərini müxtəlif üsullarla davam etdirib" -Kamran Əliyev

Ermənistan Azərbaycana qarşı cinayətlərini müxtəlif üsullarla davam etdirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin keçirdiyi birgə brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiası başlayıb: "Müxtəlif dövlərdə ərazi iddiaları fərqli formalarda həyata keçirilib. Bütün iddialar Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı cinayət hadisələrilə özünü göstərib. Müstəqillik illərindən sonra atəşkəs sənədi imzalandıqdan cinayət hadisələri başqa üsullardan istifadə edilməklə davam edib. 34 ildən çox baş verən hadisələr məhz Azərbaycan ərazisində baş verib".