"Ermənistan daha Moskvaya arxalana bilməz" - Paşinyan

"Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz".

Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Politico" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: "Bu savaş Rusiyanın imkanlarına təsir göstərdi".