Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, Azərbaycanın daha iki hərbçisi yaralanıb

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Bu barədə Sabahinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.