Ermənistana köçmək istəyənlər üçün Xankəndidə pulsuz yanacaq veriləcək

Ermənistana köçmək istəyən vətəndaşlar pulsuz yanacaqla təmin olunur. 

Sabahinfo.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Qeyd olunub ki, pulsuz yanacaqlar bu gün saat 14:00-da Xankəndi şəhərindəki 5 yanacaqdoldurma məntəqəsində veriləcək. 

Rusiya sülhməramlıları şəxsi avtomobili olmayan erməniləri Ağdərə, Xocalı və Xocavənd rayonlarından Xankəndiyə, oradan da Ermənistana təxliyəsini həyata keçirir.