Ermənistanda donuz qripi yayılıb

Ermənistanda donuz qripi yenidən yayılmağa başlayıb.

Sabahinfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Anahit Avanesyan hökumətin iclasında deyib. 

Nazir bildirib ki, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxma halları artır.