Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarların meydanlara çağırdı

Baş Qərargahın açıqlaması hərbi çevrilişə cəhddir

Trend-in məlumatına görə, bunu Ermənistan Baş Naziri Nikol Paşinyan deyib.

Baş nazir bütün dəstəkçilərini Yerevandakı "Azadlıq" meydanına gəlməyə çağırıb. Yaxın zamanda canlı yayımla xalqa müraciət edəcəyini bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb.