Ermənistanda həyəcan siqnalı - Təxliyyə təlimi keçiriləcək

Ermənistanın Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, noyabrın 23-də saat 10:00-dan 14:00-dək Qladzor icmasının Getap qəsəbəsində "əhaliyə xəbərdarlıq, təxliyyə və sığınacaq" mövzusunda təlim keçiriləcək. 

Qəsəbədə həyəcan siqnalı veriləcək. Fövqəladə Hallar Nazirliyi xalqdan narahat olmamağı xahiş edib.