Ermənistanda zəlzələ oldu - Azərbaycanın rayonlarında da hiss edildi

Ermənistan ərazisində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilir ki, zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib, Azərbaycanın Gədəbəy, Tovuz və digər rayonlarında hiss olunub.