Əsədov Vüqar Habil oğlu Lökbatanda dəfn edildi

2023-cü il sentyabrın 28-də Birinci Qarabağ Müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Əsədov Vüqar Habil oğlunun qalıqları Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib.
Həmin gün Lökbatan qəsəbəindəki Şəhidlər Xiyabanında şəhid Vüqar Əsədovla əntənəli vida mərasimi keçirilib. Mərasimdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvü Səbinə Xasayeva,rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, qazilər, eteranlar, rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər. 
Şəhidin nəşinin qalıqları 30 il sonra Lökbatandakı Şəhidlər xiyabanında tənətənəli şəraitdə dəfn olunub. 
Vüqar Əsədov 29.06 1974-cü ildə Qaradağ rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusunun leytenantı olaraq torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatılıb.
Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Əsədov Vüqar Habil oğluna məxsus olduğu təsdiqlənib.
 Şəhid Vüqar Əsədovun əziz xatirəsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Bu gün Lökbatan qəsəbəsində onun adını daşıyan körpələr evi - uşaq bağçası fəaliyyət göstərir.

ALLAH RƏHMƏT ELƏSİN!