"Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq" - Rasim Balayevdən Prezidentə

"Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq".

Sabahinfo.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə görüşü zamanı deyib. 

"Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək. Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var. Ad gününüzü rayonlarda, Qarabağda camaatla birlikdə qeyd edirsiniz", - deyə R.Balayev bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.