Müəllim ömrünü Günəşə, ulduzlara bənzədirlər. Bu bir həqiqətdir ki, Günəş bütün dünyanı, müəllim isə həyatımızın davamçıları olan gənc nəslin ömür yollarını nura qərq edir. Valideynlərin öz övladlarına verməli olduqları ilk tərbiyə, əsas nəsihətlər sırasında müəllimə hörmət, minnətdarlıq hissi birinci yerdə durmalıdır.
5 Oktyabr - Müəllimlər Günü münasibətilə Bakı şəhəri 211 saylı məktəbin 9 d sinif şagirdi Həzili Cavidan məktəbin direktoru Nuriyyə Məmmədova başda olmaqla, sinif rəhbəri Günay müəllimi və məktəbin pedaqoji kollektivinin bütün üzvlərini peşə bayramları münasibətilə təbrik edir, yetişməkdə olan nəslin təlim-tərbiyəsi işində müvəffəqiyyətlər arzulayır.
...Hər könüldə yerin var
Hər peşənin özünəməxsus çətinlikləri, eyni zamanda incəlikləri vardır. Bunların zərgər dəqiqliyi ilə öhdəsindən gəlmək hər kəsə nəsib olmur. Təmkinlilik, səbr, özünü, fənnini sevdirə bilmək kimi xüsusiyyətlər hər insanda olmayan xarakterdir, - desək, yanılmarıq. Bütün bunlar müəllimlik sənətinin illər boyu formalaşmış mühüm əsas düsturudur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 1-ci kurs tələbəsi Həziyev Səxavət ADBTİA-nın rektoru Fuad Hacıyev başda olmaqla Akademiyanın professor-müəllim heyətini, daha əvvəl məzun olduğu Abşeron rayonu Masazır 1 saylı tam orta məktəbin müəllimlərini 5 Oktyabr - Müəllimlər Günü münasibətilə təbrik edir, elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayır.
Elnarə Həziyeva