F-16-ların Ukraynaya verilməsi üçün hazırlıqlara başlanıldı

Hollandiya 18 ədəd F-16 qırıcısını Ukraynaya təhvil vermək üçün hazırlamaq qərarına gəlib. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Hollandiyanın Baş naziri Mark Rutte açıqlayıb. 

O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra X-də yazıb: "Hökumətimizin qərarı ilə bağlı prezident Zelenskiyə məlumat verdim. F-16-ların tədarükü Ukraynaya hərbi dəstək haqqında sazişlərimizin ən mühüm elementlərindən biridir. İxrac icazəsinə əlavə olaraq, çatdırılmadan əvvəl bir sıra digər şərtlər, o cümlədən kadr və infrastruktur tələbləri yerinə yetirilməlidir. Bu qərar Hollandiyanın Ukraynaya lazımi dəstəyin göstərilməsi üzrə davamlı öhdəliyini təsdiqləyir".