Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
Sabahinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.
Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib qanaxmadan vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
***
09:37
Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə rəssamın dostları məlumat veriblər.
Bildirilib ki, tənha yaşayan rəssam paytaxtda yerləşən emalatxanasında dünyasını dəyişib. Onun nəşini dostları aşkar ediblər.
52 yaşlı rəssamın ölüm səbəbi bilinmir.