Səudiyyə Ərəbistanına işgüzar səfərim çərçivəsində Pakistandan olan həmkarım Azam Nazir Tarar ilə görüşdük.
Görüşdə ötən il imzalanmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumunun icrası, bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi barədə danışdıq, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin təşkili, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik.
Fərid Əhmədov
Ədliyyə Naziri