Fondun sifarişi ilə tamaşanın nümayişi olub

26 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun sifarişi ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında "Ana" tamaşasının nümayişi olunub.

Müharibə əleyhinə yazılmış üçpərdəli pyes əsasında səhnələşdirilən tamaşa insanın vətən və bəşəriyyət qarşısındakı mənəvi borcuna həsr olunub.

XX əsr Avropa ədəbiyyatının görkəmli simalarından olan çex yazıçısı Karel Çapekin 1938-ci ildə qələmə aldığı “Ana” pyesinin mövzusunun müharibə və tarixi janrda olması gənclərin marağına səbəb olub. Quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova olan tamaşada yaradıcı heyət tarixi faktları dolğun əks etdirməklə tamaşaçıların diqqətini cəlb edə bilib. Tamaşada teatrın təcrübəli aktyorları ilə yanaşı, gənc istedadlar da maraqlı obrazlar yaradıblar.

Tamaşanı 250 nəfər gənc izləyib.