"Biz vətəndaşlar dövlət başçımızın ətrafında sıx birləşməliyik"

Ötən ilin sonlarından dünyanın bir sıra ölkələrində indiyə qədər tibb elminə məlum olmayan Koronavirus adlı yoluxucu xəstəlik qeydə alınmağa başladı. Qısa zamanda virus dünya ölkələrinə yayılaraq pandemiyaya çevrildi.
Təəssüflər olsun ki, fevral ayının son günlərində yoluxma halına ölkəmizdə də rast gəlindi. Heç bir peyvəndi, vaksini olmayan bu xəstəliyə qarşı yeganə mübarizə tədbiri isə sosial təcrid qaydalarının tətbiq edilməsidir. Bir çox inkişaf etmiş Avropa ölkələrinin ilk günlərdə ciddiyə almadıqları və bu gün çox acı nəticəsini yaşadıqları virusa qarşı ölkəmizdə zamanında ciddi preventiv tədbirlər görülməyə başladı. Belə ki, ölkəmizdə ilk yoluxma halı fevral ayının 28-də qeydə alındıqdan cəmi 3 gün sonra bütün təlim-tədris müəssisələrində dərslər dayandırıldı. Təxirəsalınmaz formada qabaqlayıcı tədbirlər çərçivəsinə qonşu ölkələrlə, xüsusilə də virusun geniş yayıldığı İranla sərhədlər bağlandı. İri ticarət mərkəzləri, restoranların, iaşə obyektlərinin fəaliyyəti ilkin mərhələdə məhdudlaşdırılsa da təhlükənin yayıla biləcəyi nəzərə alınaraq supermarketlər, ərzaq dükanları və apteklərin fəaliyyəti adi qaydada saxlanılmaqla bütün bu qəbildən olan obyektlərin fəaliyyəti dayandırldı.
Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək sağlamlığımız naminə evdə qalmağa və bu məsələdə həmrəylik nümayiş etdirməyə çağırş etdilər. Ölkəmizdə olan möhkəm əsaslı xalq-iqtidar birliyi bu çətin dönəmdə də bir daha öz gücünü göstərdi.
Cənab Prezidentin tapşırğına əsasən Nazirlər Kabineti yanında yaradılmış olan Operativ Qərargah çox ciddi iş qrafiki əsasında ilk gündən fəaliyyətə başladı və zamanında ölkə ictimaiyyətini lazimi formada maarifləndirmək və dəqiq informasiyalarla məlumatlandırmaq işini həyata keçirdi. Bu istiqamətdə işlər hər gün davam etdilməkdədir.
Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.
Cənab prezident Fonda dövlət büdcəsində 20 milyon manat vəasit ayırmaqla yanaşı özünün bir illik əməkhaqqısını da ianə etdi.
Cənab prezident Azərbaycan xalqına Novruz təbrikində koronavirusa qarşı dövlətimizin apardığı təcili və təxirəsalınmaz mübarizə tədbirləri haqqında geniş məlumat verdi.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu mövzuda Azərbaycan xalqına müraciət edərək Fonda öz bir illik əməkhaqqısını ianə etmişdir.
Mart ayının 28-də Bakıda Yeni Klinika adlı müasir tibb müəssisəsinin, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında maska qoruyucu vasitələrin istehsalı müəssisələrinin açılması cənab prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin koronavirusla mübarizə tədbirləri çərçivəsində gördüyü ilk təxirəsalınmaz işlərdəndir.
Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcəmk xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxıından müstəsna rol oynayır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda rayonlarını əhatə edir. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə minlərlə çarpayılıq ehtiyatı yaranacaq.
Bundan əlavə ölkə ərazisində COVİD 19 testlərinin aparılması üçün ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş 30-a yaxın laboratoriyanın quraşdırılması görülən işlərə bariz nümunədir.
Koronavirus səbəbindən karantin rejmi tətbiq edilən ölkələrdə iqtisadi inkişaf ləngimələrlə, inkişaf tempinin zəifləməsi ilə müşahidə olunmaqdadır. Azərbaycan dövləti bu istiqamətdə də cənab prezident İlham Əliyevin qabaqgörən siyasəti nəticəsində davamlılığı və dayanıqlılığı qoruyub saxlaya bilməkdədir. Məhz bunun üçün cənab prezidentin tapşırığı və rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb.
Karantin rejmi tətbiq edilən ilk günlərdən ölkədə 65 yaşdan yuxarı tənha və kimsəsiz şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərə isə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılmış, ümumilikdə 15 mindəndən çox tənha yaşlıya sosial xidmətlər göstərilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və iştirakı ilə digər sosial tərəfdaşlar vasitəsilə 200 minədək ərzaq payı tənha, əlilliyi olan şəxslərə və aztəminatlı ailələrə verilmişdir.
Eyni zamanda işsiz kimi qeydiyyata alınmış şəxslərə birdəfəlik ödəmələrin verilməsi və bu prosesin tamamilə elektron qaydada həyata keçirilməsi pandemiya dövründə insanların sosial rifah halını yaxşılaşdırılması ilə yanaşı onların sağlamlığının da qorunmasını təmin etmiş oldu. Prezident cənab İlham Əliyevin qərarı ilə birdəfəlik ödəmə aprel-may aylarını əhatə etməklə 600 min şəxsə ödənilmiş, soradan karantin rejmi sərtləşdirilən şəhər və rayonlarda 3-cü dəfə birdəfəlik ödəmələr həyata keçirilmişdir.
Bundan əlavə 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilmiş və təqribən 300 min fərdi sahibkara dəstək verilimişdir. Özəl sektorda çalışan 690 min vətəndaşın əmək haqqlarının əhəmiyyətli hissəsi dövlət hesabına ödənilmişdir.
Aprel-may ayları ərzində DOST İş Mərkəzləri vasitəsi ilə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılmış, bunun üçün 30 milyon manat vəsait ayrılmışdır.
İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi də bu sahədə görülən əsas tədbirlərdən olmuşdur. Belə ki, Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil edilmiş və 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etmişdi. Pandemiya dövründə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti də uzadılmış, ümumilikdə 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılmışdır.
Post-pandemiya dövründə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi dövlətimizin əsas prioritetlərindəndir. Bu məqsədlə 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün işlər aparılır. Sırf bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılmışdır.
Özünüməşğulluq Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Proqramın həyata keçirilməsi üçün banklarla da əməkdaşlıq edilmiş və banklar tərəfindən proqram iştirakçılarına aktivlərin verilməsi həyata keçirilmişdir.
Pandemiya dövründə dünya iqtisadiyyatında dalğalanmların yaşandığı bir zamanda ölkəmizdə insaların evdə qalaraq işdən uzaq qalmalarına rəğmən bütün işləyən şəxslərin maaşları hər ay olduğu kimi karantin müddətində də tam formada ödənilmişdir. Təkcə işləyən şəxslərin maaşları deyil, bütün növ ödənişlər, pensiya, təqaüd və müavinətlərin ödənilməsi həyata keçirilmişdir.
Cənab Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən ünvanlı dövlət sosial yardımının verilməsinin müddəti uzadılmış və təyinatı sadələşdirilmişdir.
Belə ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılımışdır. Bunun üçün əlavə 3 milyon manat vəsait ayrılmışdır.
Həmçinin aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artırılaraq ümumilikdə 85 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunmuşdur. Ünvanlı dövlət sosial yardımı alan hər ailəyə düşən yardımın məbləği 222 manat təşkil edir.
Cənab Prezidentin rəhbərliyi ilə dövlətimizin əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün gördüyü işlər hər bir təbəqəni əhatə edir. Əhalinin dəstəyə davamlı ehtiyyacı olan təbəqələrindən biri də sağlamlıq imkanları məhdud olan şəxslər, xususilə də bu qəbildən olan uşaqlardır. Dövlətimiz bu təbəqədən olan şəxsləri düşünərək 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılımışdır. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2,6 milyon manat vəsait ayrılmışdır.
Dövlət tərəfindən həyata keçirilən tədbirlərin siyahısına nəzər saldıqda görmək mümkünür ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənilməsi haqqında qərarlar qəbul olunmuşdur. Bu proqram 17 mindən çox tələbə əhatə etmiş və bu məqsədlə 40 milyon manat vəsait ayrılmışdır.
Əhalinin yaranan məsrəflərinin azaldılması istiqamətində atılmış digər bir addım isə əhali qrupundan olan istehlakçılar üçün güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılmasıdır. Bunun üçün isə tələb olunan vəsait 2 ay ərzində 10 milyon manat təşkil etmişdir.
Pandemiya dövründə həyata keçirilən tədbirlər zamanı cənab prezidentimizlə çiyin-çiyinə çalışan Mehriban xanım Əliyevanın xidmətlərini də qeyd etmək yerinə düşər. Tibb müəsəsisələrinin açlışı zamanı cənab prezidentlə birlikdə iştirak edən Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu pandemiya dövründə çox böyük lalihələri gerçəkləşdirmiş, aztəminatlı ailəlri ərzaq yardımı ilə təmin etmişdir.
Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirlər və eləcə də post pandemiya dövrü üçün nəzərdə tutulmuş proqramlar dünya mətbuatında təqdir olunur, bütün bu tədbirlər, xüsusilə pandemiya ilə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.
Cənab prezident İlham Əliyevin koronavirusla mübarizə tədbirləri çərçivəsində gördyü işlər, həyata keşirdiyi siyasət ölkə miqyası ilə məhdudlaşmır. Cənab prezidentin təşəbbüsü ilə aprel ayının 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-a qarşı Zirvə Görüşü, may ayının 4 də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsini qeyd etmək olar. May ayının 4 də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etmişlər. Həmin Zirvə Görüşündə cənab prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmiş və cənab prezidentin məlum təşəbbüsü 130-dan çox dövlət tərəfindən yekdilliklə dəstəklənmişdir. Cənab prezident İlham Əliyevin bu təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan bəşəri dəyərlərə hörmətlə yanaşan bir ölkədir. Eyni zamanda bu cənab prezident tərəfindən dünyanın çətin bir durumda olduğu məqamda həmrəyliyə çağırış mesajıdır.
Cənab prezident İlham Əliyevin tapşırıına əsasən ölkəmizin 30-dan çox ölkəyə yardım etməsi də bu istiqamətdə görülən tədbirlərdəndir ki, Azərbaycan dövləti dünyanın çətin durumda olduğu bir vaxtda belə əməkdaşlığa hazır olmasının göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə dövlətimizin həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində isə məhz ölkə vətəndaşları dayanır.
Biz vətəndaşlar da dövlətimizin, dövlət başçımızın ətrafında hər zaman olduğu kimi bu çətin günlərdə də sıx birləşməli, həmrəylik nümayiş etdirərək xalqımızın sağlamlığını, dövlətimizin təhlükəsizliyini təmin etməliyik. Çünki, biz birlikdə güclüyük!

Milli Məclisin deputatı Cavid Osmanov

İlhamla Mehribanla Azərbaycan Naminə-İMAN səhifəsi üçün