"Paşinyan növbəti dəfə məğlub oldu"

"Ermənistanın cəbhədə təxribata əl atması Paşinyanın daxildə itirilmiş nüfuzunun bərpasına hədəflənmiş addımdır”. Bunu SABAHİNFO.AZ saytına açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Onun sözlərinə görə, cəbhə təxribatı Ermənistana ağır itkilər hesabına başa gəlib: "İyulun 12-dən başlayaraq Tovuz rayonu Ağdam kəndi istiqamətində başlanılan təxribat davam edir. Düşmən dinc əhali yaşayan ərazilərə müxtəlif növ silahlardan atəş açıb. Azərbaycan Ordusu düşmənə layiqli cəavab verib. İtkiləri çoxdur. Həm  canlı qüvvə, həm texnika itirən Ermənistan niyyətindən geri çəkilmir. 2016-cı ilin Aprel  və  Günnüt əməliyyatlarından dərs çıxarmayan Ermənistan rəhbərliyi dünya ictimayyətini çaşdırmaq istəyir və bəyan edirlər ki, sərhəddə əməliyyatları Azərbaycan başlayıb. Ancaq dünya ictimayyəti artıq Ermənistana inanmır. Reallıqlar və faktlar təxribatın məhz Ermənilərin özlərinin başladığını deməyə əsas verir. Çox təəssüf ki, bu gün Ermənistanla yanaşı daxildə olan, adını demokratik qoyub anti-demokratik işlər görən Milli Şura və onun bir neçə üzvü bəyan edir ki, atəşkəsi Azərbaycan tərəfi pozub. Onlar erməni KİV-lərinin məlumatlarını yayaraq cəmiyyətdə çaşğınlıq yaratmaq istəyirlər. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin də sosial şəbəkə üzərindən həyata keçirdiyi işlər buna bariz nümunədir. Artıq hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparıb. Rəhim Qazıyev həbs olunub. Biz daxilimizdə olan bu kimi ünsürlərlə iki cəbhədə mübarizə aparırıq. Bu mübarizədə qazanan Azərbaycan xalqı olacaq”. 
Cavid Osmanov həmçinin onu da bildirib ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının toplantısı ərəfəsində belə bir çaşğınlığın yaradılması məqsədli şəkildədir. Belə ki, bu sessiyanın keçirilməsinə qarşı çıxan yeganə ölkə kimi Ermənistan olub. Ermənistan rəhbərliyi Azərbaycanın və eləcədə Prezident İlham Əliyevin beynəlxalq uğurlarınıə qəbul edə bilmir. Biz bir sıra beynəxalq təşkilatların toplantısında Paşinyanın mat vəzittəyinə düşməsinin şahidi olmuşuq. Belə olan halda cəbhədə gərginlik yaradaraq diqqəti məhz cəbhəyə yönəldən Paşinyan həm daxildə olan gərginliyi azaltmaq, həm də beynəlxalq arenada xal qazanmaq istəyir. Görünən odur ki, Paşinyan növbəti dəfə məğlub duruma düşdü. Həm daxildə olan etirazlar çoxalmağa başladı, həm də beynəlxalq ictimayyət düşmən ölkəni qınadı”. 
Deputat sonda Azərbaycan xalqının ordumuza olan yüksək inamından danışıb. Bildirib ki, Azərbaycan Ordusu tarixi Azərbaycan torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir. 
Cavid Osmanov əməliyyatlar  zamanı şəhidlərimizə allahdan rəhmət diləyib.