Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər

12 sayl Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayevanın Qaradağ rayon Ağsaqqallar Şurasının bir qrup üzvü ilə on-line görüşü keçirilib. Görüşü giriş sözü ilə Qaradağ rayon Ağsaqqallar Şurasının üzvü Namizəd Məmmədov  açib. O diqqətə çatdırıb ki, rayon  Ağsaqqallar Şurası hər zaman olduğu kimi, rayonun və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək Vətənimizin tərəqqisi naminə böyük səylər göstərir. Rayonunun müdrik ağsaqqallarını sıralarında birləşdirən  Şura, onun qəsəbə və kənd təşkilatları fəaliyyətlərini daha da genişləndirib, rayonun  ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr veriblər. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Ağsaqqallar gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində məqsədyönlü tədbirlər hazırlayıb həyata keçirirlər. Vətən Müharibəsi müddətində yüzlərcə rayon gənci əsl yurdsevərlik nümunəsi göstərərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə müraciət etmış və Vətəni müdafiə etməyə hazır olduqlarını bildirmışlər. Namizəd Məmmədov Vətən müharibəsində qazandığı qələbə münasibətilə bütün Azərbaycan xalqını, Müzəffər Ali Baş Komandan,Azərbaycan Prezidenti İlham Əliyev cənablarını və Qalib Ordumuzu, onun qəhrəman əsgər və zabitlərini təbrik etmışdir. Görüşdə çıxış edən Milli Məclisin deputati Səbinə Xasayeva Böyük Tarixi qələbə münasibətilə rayon Ağsaqqallar Şurasını,onun bütün üzvlərini təbrik etmişdir.O deyib ki, Ağsaqqallar Şurası rayonun  ictimai-siyasi həyatında yaxından iştirak edir. Onlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, onlara düzgün  yol göstərilməsində, ölkəmizin  ictimai-siyasi həyatında fəal və davamlı şəkildə iştirak edirlər. Ümummilli Lider ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında ağsaqqalların mühüm rolu var. 

Onlar Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Sonra rayon ağsaqqalarından Fikrət Nəsirov, Allahverdi Məmmədov, Mehbalı Novruzov, Sərdar Hacıyev və Abas Abbasov çıxış edib  bildiriblər ki, bütün xalqımız kimi, ağsaqqallar da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin onlara diqqət və qayğısını heç zaman unutmayacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları da həmışə cəmiyyətin  ictimai-siyasi həyatında fəal iştirakı üçün ağsaqqalara bütün şəraiti yaradıb. Müdrikliyin, inkişafın, təcrübənin rəmzi olan ağsaqqallar bundan sonra da öndə olacaq, ölkəmizin qarşısında duran vəzifələrin vaxtında yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcəklər. Deputat Səbinə Xasayeva sonda ağsaqqaları maraqlandıran suallara cavab vermış, rayon Ağsaqqallar Şurası üzvülərinin, o cümlədən, bütün ağsaqqalların bundan sonra da ölkənin və rayonun ictimai-siyasi həyatında fəal iştirak edəcəklərinə, həmişə öndə gedəşəklərinə tam əmin olduğunu bildirmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.