Amerikalı ekspert: Xankəndidə təxminən 100 PKK üzvü döyüşür

Xankəndidə Ermənistan tərəfindən 100-ə qədər xarici silahlı döyüşür.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində "The Heritage Foundation" nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi yazıb.

L.Koffi bildirib: "Son vaxtlar xarici silahlıların Dağlıq Qarabağdakı döyüşlərdə iştirakı ilə bağlı bir çox ittihamlar var. Çox yüksək vəzifəli və məlumatlı bir mənbədən 100-ə qədər xarici silahlının (mənə deyildiyi kimi, bəlkə də PKK) Xankəndidə olduğunu eşitdim. Xarici silahlıların varlığı - pis xəbərdir!"