Azər Badamov: "Vətənə, torpağa olan bu böyük sevgi xalqımızı birləşdirdi" - MÜSAHİBƏ

"Müharibə dövründə hamı gördü ki, ölkəmizdə sarsılmaz iqtidar-xalq birliyi var"


Milli Məclisin 51 saylı Qusar seçki dairəsindən deputatı Azər Badamovun Sabahinfo.az-a müsahibəsi.

- Hörmətli Azər müəllim. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Qısa zamanda əldə edilən uğuru necə dəyərləndirərdiniz?

- Qısa zamanda qələbə təmin olunsa da bu qələbəyə nail olmçağımız üçün uzun yol keçmişik. Bu yolu ölkə başçımız Prezdent İlham Əliyev qabaqcadan görürdü. Vətən müharibəsində qələbəmizi təmin edən bir çox amillər mövcuddur. Birincisi ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsi və maliyyə ehtiyatlarının yaradılması olmuşdur. Əgər biz iqtisadi cəhətdən kimdənsə asıllı olsaydıq, o ölkənin diqtəsi ilə hərəkət etməyinə məcbur olardıq. Necə ki, Ermənistanın müstəqil siyasəti olmadığı kimi. Biz iqtisadi cəhətdən müstəqil oduğu üçün siyasi cəhətdən də müstəqilliyimizi təmin etdik. Cənab Prezidentin qeyd etdiyi kimi, nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilirik. Bu ifadəni ancaq müstəqilliyi təmin olunmuş ölkə rəhbəri ifadə edə bilər. Ona görə də cənab Prezident uzun illərdə hazırlaşdığımız müharıbəyə 27 sentyabrda yaşıl işıq yandırdı və 44 gün ərzində düşmənimizi kapitulyasiya aktına imza atmağına məcbur etdik. Təbii ki, 44 günlük müharibədə haqq işimizə kənardan müdaxilə etmək istəyən qüvvələr də çox olmuşdur. Amma cənab Prezidenin müstəqil siyasəti və bizə ağıl vermək istəyənlərə verdiyi tutarlı cavabları bütün xarici təsirləri neytrallaşdırdı və rəşadətli ordumuz ona verilmiş döyüş tapşırığını yüksək səviyyədə icra etdi. Qələbəmizi təmin etməyimizdə Türkiyənin rolunu da xüsusi qeyd olunmalıdır. Türkiyənin bizə verdiyi mənəvi dəstəyi və hər zaman hər şəkildə Azərbaycanın yanında olduğunu bəyan etməsi və müharibə günlərində dövlət rəsmilərin mütəmadi ölkəmizə səıfərləri bizi hədəfə almaq istəyən qüvvələri düşünməyə vadar etdi. 44 gündə Vətən müharibəsində əldə etdiyimiz qələbə bizim halal haqqımızdır. Torpaqlarımız işğaldan azad olundu və düşmənlərimiz bildi ki, Azərbaycan güclü iqtisadiyyata və hərbi potensialına malik ölkədir. Əldə etdiyimiz qələbə ölkəmizin dünyada mövqelərimizi daha da möhkəmləndirdi. Qələbəmizin əsas səbəbi isə ədalətli olmağımız olmuşdur. Azərbaycan ədalətli ölkədir və heç kimin haqqına girmir.

- Xalq-iqtidar birliyinə nail olmaq uzun prosesdir. Günümüzdə bu birlikdən doğan QƏLƏBƏNİ sizə necə yaşayırsınız?

- 44 günlük Vətən müharibəsi dünyaya sübut etdi ki, azərbaycan xalqı ölkə əhəmiyyətli taley yüklü məsələlərdə birləşə bilir. Müharibə dövründə siyasi əqidəsindən, dini baxışlarından, etnik mənsubiyyətindən asıllı olmayaraq hamı bir məqsəd ətrafında birləşdi və Ali Baş Komandanın bir tapşırığına silaha sarılaraq dəmir yumruğa çevrildi. Arxa cəbhədə olanlar ön cəbhə üçün hərə öz imkanları daxilində dəstək dayandı. Cəbhəyə əsgər göndərən analar öz igid oğullarına düşmənlərin torpaqlarımızdan çıxarılması və münaqişəyə nöqtə qoyub qayıtmaqlarını arzuladı. Şəhid olmuş igidlərimizn valideynləri vətən sağ olsun deyib vətən yolunda canından keçərək qəhrəmanlıq göstərdiyinə görə oğulları ilə qürur duyduğunu bildirdilər. Səfərbərliyə çağırılmış gənclər sevinə-sevinə gəlirdilər və heç kim çağırışdan buyun qaçırmadı. Vətənə, torpağa olan bu böyük sevgi xalqımızı birləşdirdi və Ali Baş Komandanın yanında oldular. Müharibə dövründə hamı gördü ki, ölkəmizdə sarsılmaz iqtidar-xalq birliyi var. Azərbaycanın əldə etdiyi hər bir nailiyyət bu birliyi daha da möhkəmləndirir. Hər gün ünvanlanan minlərlə məmnunluq məktublarında insanlar prezidentdən məmnunluğunu ifadə edərək hər zaman ölkə başçısının yanında olduğunu ifadə edir. Azərbaycan dövlətinin güclü olması və məğlubedilməzliyi ölkədə mövcud xalq-iqtidar birliyinin sayəsindədir.

- Artıq 2020-ci ilin başa çatmasına az bir müddət qalıb. Ümumilikdə bu ili Azərbaycan üçün necə xarakterizə edərdiniz?

- 2020-ci il Azərbaycan üçün rəngarəng oldu. Bütün dünyada olduğu kimi fevral ayından Qlobal Pndemiya həyatımıza girdi. İlin əvvəlində həyata keçirilməsi üçün nəzərdə tutulmuş böyük planlarımız var idi. Pandemiya ilə bağlı xərclər dövlət büdcəsində nəzərdə tutulmadığından ilin ortalarında yenidən dövlət büdcəmizə baxılmasını gündəmə gətirdi. Bir çox layihələr ixtisar olundu və dövlətin əsas gücünü insanların sağlamlıqlarının qorunmasına yönəldildi. Dövlətin bütün səylərinə baxmayaraq çox təəssüf ki, bu gözə görünməz bəladan əziyyət çəkənlər çox oldu və bu gün bu davam edir. Yüzlərlə insan dünyasını dəyişdi. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəşəriyyət üçün qlobal təhlükəyə çevrilmiş bu bəlaya qarşı təsir edici dərman da icad olunmadı. Bir sözlə 2020-də dünya səhiyyəsi COVİD-19 qarşısında aciz qaldı. Bütün bu çətinliklərə baxmayaraq xalqımız üçün 2020-də baş vermiş ən xoşbəxt hadisə torpaqlarımızın 30 illik işğaldan azad olunmasıdır. Əldə etdiyimiz tarixi qələbə hər şeydən üstündür və ona görə də 2020-ci ili ölkəmiz üçün çox düşərli olduğunu qeyd edə bilərəm.

- Aqrar siyasət komitəsinin üzvü kimi işğaldan azad olunan torpaqların aqrar potensialı barəsində nə deyə bilərsiniz?

- Qarabağ torpaqlarının işğaldan azad olunması iqtisadiyyatımızın inkişafında yeni üfüqlər açır. Bu torpaqlar yeraltı və yerüstü təbii sərvətləri ilə çox zəngindir. O cümlədən bu ərazilərimizin kənd təsərrüfatı potensialı çox yüksəkdir. Bu ərazilərdə mənbəyi ölkəmizdə formalaşan, uzunluğu 100 km-dən çox 4 çay axır. Bu çaylar həmin ərazilərin aqrar sahəsinin inkişafı üçün çox əhəmiyyətlidir. Ümumilikdə götürüldükdə işğaldan azad olunmuş torpaqlar ölkəmizin 20%- ni təşkil etdiyindən və bu torpaqların məhsuldar olduğunu da nəzərə alsaq gələcəkdə ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında böyük rolu olacaqdır. Yeni bağlar salınacaq, heyvandarlıq kompleksləri tikiləcək və kənd təssərüfatı üçün yararlı torpaqlar becəriləcəkdir. Hal –hazırda həmin ərazilətrdə təhlükəsizlik işləri görülür, yeni infrastruktur yaradılır. Düşünürəm ki, yaxın zamanlarda həmin ərazilər də istehsala cəlb olunacaqdır.

- Koronavirusla mübarizə sahəsində davamlı addımlar atılmasına baxmayaraq statistika ürək açan deyil. Sizcə problemin kökü nədədir?

- Koronavirus ümumbəşəri bəladır. Nəinki ölkəmizdə , bütün dünyada bu virusun törətdiyi fəsadları çoxdur. Azərbaycan dünyanın bir parçası olduğundan bu gözə görünməz bəlaya qarşı mübarizəyə vaxtında qoşulmuşdur. İlkin nəticələr çox müsbət idi və biz virusun artım dinamikasını nəzarətdə saxlaya bilirdik. Ancaq son vaxtlar kütləvi tədbirlərdə insanların özlərini məsuliyyətsiz aparmaları gündəlik yoluxmaların və dünyasını dəyişənlərin sayında artımlar yaratmışdır. Deyilən ikinci dalğa gəlib və ya üçüncü dalğa olacaqdır ifadələri ilə razı deyiləm. Çünki bu dalğaları gətirən insanlardır. Əgər hamı tibbi maskadan düzgün istifadə etsə, sosial məsafəni gözləsə və şəxsi gigiyenasına diqqət yetirsə heç bir dalğa gələ bilməz. Hal-hazırda dövlət sərtləşdirilmiş karantin rejimi tətbiq etmişdir. Düşünürəm ki, tətbiq olunmuş bu sərt karantin tədbirlərin sonuna qədər yenə biz ümumi vəziyyəti nəzarətdə saxlaya biləcəyik. Tətbiq olunmuş sərt karantin günün vacib məsələsidir. İnsanlar tətbiq edilmiş rejimə ciddi riayət etməli, boş-boşuna evdən çıxmamalı və özünü təcrid vəziyyətdə saxlamalıdırlar ki, virusa yoluxma zəncirini qıra bilək. Düşünürəm ki, tezlikllə bu virusa qarşı peyvənd gətiriləcək və insanlarımızda kütləvi peyvəndlənmə edildikdən sonra biz bu bəla ilə vidalaşa bilərik.

Ədil Ədilzadə