Biz sizinləyik Azərbaycan Ordusu!

Düşmən Tovuz rayonunun Ağdam kəndində təxribata əl atıb. Ordumuzun səyi nəticəsində düşmən layiqli cəzasını alıb. Qeyri-rəsmi məlumatlara görə düşmənin xeyli canlı qüvvəsi məhv edilib, rəsmi məlumatlara görə Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində düşmənin iki döyüş postu darmadağın edilib. Mövcud vəziyyətlə bağlı Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizdik Şurasının iclası keçirilib. Cənab Prezident qeyd edib ki, hərbiçlərin qisası alınıb, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz SABAHİNFO.AZ saytı olaraq Azərbaycan Ordusunun düşmənə layiqli cəza verməsini alqışlayırıq. Cəngavər hərbiçilərimizə uğurlar arzu edirik. Azərbaycan sizinlədi.  Siz bizə qələbə sevincini bəxş edecəksiniz. Biz buna inanırıq! 
 


Həziyeva Elnarə