Ermənilər azərbaycanlı deputatlarla müzakirələrdən qaçıb - AÇIQLAMA

"Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz məksunlaşdırma həyata keçirməsi ilə bağlı AŞPA Prezidentinə və Baş katibinə də müraciət etmişik”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

O bildirib ki, AŞPA komitələrinin onlayn iclaslarında Ermənistanın nümayəndə heyətinin üzvləri müzakirələrdən qaçıblar.

S.Seyidov əlavə edib ki,başda Baş nazir Nikol Paşinyan olmaqla Ermənistan rəsmiləri Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma həyata keçirmədiyi barədə yalan ifadələr səslədirməyə davam edir.