Ermənistanda daha bir nazir istefaya göndərilir

"Arakelutyun" (Missiya) partiyasının lideri və baş nazir Nikol Paşinyanın müşaviri Mesrop Arakelyan sosial əmək və sosial məsələlər nazirliyinə rəhbərlik edəcək.

Azvision.azxəbər verir ki, bu barədə o, "Sputnik Ermənistan”a açıqlamasında bildirib.

"Mənə nazirliyə rəhbərlik təklif etdilər, bu vəzifəni tutmağa razılıq verdim”.

Xatırladaq ki, hazırda nazirliyə Zarui Batoyan rəhbərlik edir. Müharibədən əvvəl və müharibə müddətində ondan xeyli şikayətlər olub.