Hikmət Hacıyev Gəncədə Ermənistanın terroru ilə bağlı “Euronews”a danışdı

Bazar ertəsi günü Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Xarici işlər nazirləri (XİN)Dağlıq Qarabağdakı vəziyyəti və ErmənistanlaAzərbaycan XİN rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşmanın nəticələrini müzakirə edəcəklər.

Bu barədə "Euronews” xəbər verir.

Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyevin qeyd edib ki, "humanitar məqsədlər üçün atəşkəs haqqında bir sənəd var. Ertəsi gün erməni silahlı qüvvələri Gəncənin yaşayış məskənlərini raketlə atəşə tuturlar. Bu hərbi cinayətdir. Və bu bir daha erməni tərəfinin ikiüzlülüyünü nümayiş etdirir”.