Peskov: “Mən xoşbəxt insanam”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xoşbəxt olduğunu dilə gətirib.

Azvision.az"RİA Novosti"yə istinadən xəbər verir ki, Peskov "Soloviev Live" proqramında maraqlı fikirlər səsləndirib. O, unikal və maraqlı işinin olduğunu bildirib.

"Mən xoşbəxt insanam", - deyən Peskovun fikrincə, ev hər bir insan üçün qala deməkdir.

"Bizim çox uşağımız olduğu üçün evim kiçik parlamentdir. Bizim öz parlament fraksiyalarımız, maraqların toqquşması var. Vasitəçi rolunu oynayırsan, sənə təzyiq göstərirlər, kimsə səni hədələyir, kimsə sənə rüşvət verməyə çalışır, yəni orada bütün həyat palitrası var", - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.