Prezidentin köməkçisi: "Düşmənin hədəfi mülki vətəndaşlardır"

Ermənistan silahlı qüvvələrinin Tərtərdəki qəbiristanlığı amansızcasına artilleriya hücumuna tutması nəticəsində yaralanan mülki vətəndaşların sayı 5 nəfərə çatıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

"Şəhər qəbiristanlığının hərbi mənası və əhəmiyyəti varmı? Tamamilə yox. Ermənistanın məqsədi sadəcə mülki şəxslər arasında itkilərin olmasıdır".