Rusiya müdafiə naziri Azərbaycan və Ermənistanı Moskva razılaşmasına əməl etməyə çağırıb

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Ermənistanın Müdafiə naziri David Tonoyanla telefon danışıqları keçirib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, rusiyalı nazir tərəfləri Moskvada əldə olunmuş razılaşma çərçivəsində öhdəliklərə tam şəkildə əməl etməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri arasında humanitar atəşkəs barədə razılıq əldə olunub.