Tramp Ərdoğanı “dünya səviyyəli şahmatçı” adlandırdı

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "dünya səviyyəli şahmatçı” adlandırıb. TASS-ın məlumatına görə o, bu fikri Viskonsin ştatındakı tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Trampın sözlərinə görə, Türkiyə liderləri ilə yanaşı Rusiya, Çin, Şimali Koreya liderləri də belədir.

"Baxın, mən bir şeyi başa düşdüm: Putin, Çin prezidenti Si (Cinpin), Kim Çen In, Ərdoğan - hamısı dünya səviyyəli şahmatçılardır”, - deyə prezident vurğulayıb.

O, əlavə edib ki, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, prezident seçkilərində qalib gələcəyi təqdirdə onlarla bərabər səviyyədə işləyə bilməyəcək, çünki onun siyasi karyerasında ən yaxşı illəri o qədər də yaxşı olmayıb.