Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair saziş imzalandı

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında saziş imzalanıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, 11 noyabrda türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifələri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və saziş imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər aparılır", - deyə açıqlamada vurğulanıb.