Vətəndaş Cəmiyyətindən cəbhədəki aktivliyə örnək addım

Cəbhədə baş verənlər bir daha onu deməyə əsas verir ki, düşmən daim tətikdədir. Onu heç zaman həfifə almaq olmaz. Bunu SABAHİNFO.AZ saytına açıqlamasında Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin sədri Ədil Ədilzadə deyib. Onun sözlərinə görə, Tovuz rayonu istiqamətində başlanılan düşmən təxribatı Ermənilərin iç üzünü bir daha ortaya qoyur: "Paşinyan bir sıra beynəlxalq debat və tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevə məğlub oldu. Bu məğlubiyyət dünya ictimayyətinin gözü qarşısında baş verdi. Artıq dünya birliyi Ermənistanın təcavüzkar və terrorist ölkə olduğunu bir daha dərk etdi. İndiki məqamda dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə aparan dünya dövlətlərinin başı daxili təhlükəsizliyə qarışıb. Düşmən bəlli deyil. Belə bir həssas məqamda orduya döyüş əmrinin verilməsi isə Azərbaycanın əldə etdiyi diplomatik uğurlardan doğan qısqanclıqdır. Ermənistan rəhbərliyi zənn edir ki, Azərbaycan Ordusu 1992-ci ildə olan ordudur. Daha dərk etmir ki, bu ordu aradan keçən müddət ərzində xeyli güclənib. Müasir sialhlarla təchiz olunub. Bütün bunların fonunda onu demək olar ki, düşmən təxribatı baş tutmayıb. Azərbaycan Ordusu düşmənə yerini göstərdi".
QHT sədri onu da bildirib ki, cəbhədə baş verən gərginliyinin fonunda vətəndaş cəmiyyətinin aktiv olması, sosial şəbəkə və digər vasitələrdən istifadə edərək düzgün təbliğat işinin qurması Azərbaycana qarşı olan qüvvələrin məkirli siyasətini kölgədə qoydu.