Xocalı Futbol Klubu inkişaf yolunda

Xocalı Futbol Klubunun rəhbəri İlkin Hacıyev SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Futbol Klubunun yaranmasından və hazırdakı fəaliyyəti ilə bağlı məsələlərə toxunub.

-İlkin müəllim Xocalı Futbol Klubu hansı zərurətdən yarandı?

-2019-cu ildə Xocalı Futbol Klubunun yaranması ilə bağlı qərar verdim. Futbol Klubu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib. Klubun fəaliyyəti ilə bağlı düzənlənən tədbir futbol meydanındadeyil Xətai rayonunda yerləşən Ana Harayı heykəlinin önündə rəsmiləşdi. Mərasimində Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, media nümayəndələri  iştirak edirdi. Bu futbol klubunu yaratmaqda məqsədimiz və ali mqəsədimiz var. Məqsədimiz odur ki, uşaqlarda sağlam həyat tərzini təbliğ etmək, uşaqlarda futbola marağı artırmaqdır. Ali məqsədimiz isə Cənab Prezident İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycanındır! Biz də bu adı ona görə seçmişik ki, Xocalı adını beynəlxalq arenada, idman arenalarında tanıdaq. Hazırda 3-12 yaşında olan uşaqlar klubumuzun üzvüdür. 3-6 yaş arasında olan uşaqların qəbulu da bura daxildir. Belə yaş kateqoriyasına üstünlük verməkdə məqsədimiz necə ki, məktəbəqədər hazırlıq  kursları var. Bizdə istəyirik ki. Uşaqlarda futbola maraq 3 yaşından formalaşşın. İşimizin çətin tərəfləri var. Biz bu çətinliyi öz üzərimizə götürmüşük.  Bu adı seçəndə işin məsuliyyətini hiss edirdik. Biz də kollektiv olaraq bunu hiss edirik. Futbolçularımıza, kollektivə də bunu aşılayırıq. Xocalı Futbol Klubu 4 yerdə fəaliyyət göstərir. Bakıxanov, Gənclik, Xırdalan və Masazırda filialı var.

-Qarşıda hər hansı yarışlarınız varmı?

-Xocalı Futbol Klubu 2020-2021-ci il üzrə AFFA-nin bayrağı altında  keçirilən Azərbaycan çempionatında iştirak edəcək. Qarşıda bizi çətin və maraqlı oyunlar gözləyir. Hazırda bu oyunlara ciddi ahzırlıq işləri həyata keçirilir. Bildiyiniz kimi COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin qaydaları müəyyən olunub. Biz də bu qaydalara ciddi riayyət edirik. 6-7 ay idi ki, məşqlər edə bilmirdik. Avqustun 10-dan bu yana məşqlərə start verilib.

-Klubda mövcud vəziyyət necədir?

-Klubda idarəetmə baxımından bütün geyim dəstləri qida və formalarla təmin olunur. Klubumuzun məşqçisi, həkimi və bütün lazımlı personalı var. Sonda isə onu qeyd etmək istəyirəm ki, hazırda cəbhədə döyüşlər gedir. Biz də komanda olaraq bu kampaniyada iştirak etdik. Ötən gün Goranboy rayonunda Xocalı Rayon İcra Hakimiyyəti ilə birgə səngərdə duran əsgərlərimizə sovqatlar çatdırıldı.

Elnarə Həziyeva