Abid Şərifov təcili İsrailə aparılıb

Ötən həftə Azərbaycan baş nazirinin müaviniAbid Şərifovxüsusi reyslə İsrailə aparılıb.

Sabahinfo.az-ın məlumatına əsasən, bu barədə Lent.az İsrail mediasına istinadən xəbər verir.

Məlumata əsasən, o, Hayfa şəhərində RAMBAM klinikasında təcili müalicəyə qəbul edilib.

A.Şərifov İsrailə ürəyindəki elektrik keçirilicinin ciddi pozuntuları diaqnozu ilə aparılıb və adıçəkilən klinikanın kardioloji şöbəsinə yerləşdirilib.