Bu gün Parisdə Bakı ilə bağlı qərar veriləcək

Bu gün Fransanın paytaxtıParis şəhərində Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının164-cü sessiyasındakeçiriləcək səsvermə zamanıEKSPO-2025Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək.

Sabahinfo.az "Report”a istinadən xəbər verir ki, EKSPO-2025-in keçirilmə hüququna namizədlər arasındaBakı,Yekaterinburq(Rusiya) vəOsaka(Yaponiya) şəhərləri var.

Bakı və Yekaterinburqdan fərqli olaraq Osaka1970-ci ildəbir dəfə bu sərgini qəbul edib. Yaponiyada sonuncu Ümumdünya Sərgisi isə 2005-ci ildə Naqoe şəhərində keçirilib.

EKSPO170-dən çoxölkənin iştirakı ilə keçirilən ən böyük beynəlxalq sərgidir. Bu ölkələr hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsində əldə etdikləri ən yaxşı nailiyyətlərini nümayiş etdirirlər.

Bundan əvvəlParisdə Bakının "Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpoziumkeçirilib.