18 yaşlı futbolçu məşq zamanı öldü

Yunanıstanın "Veriya” klubunun qapıçısı Stelios Markusis məşq zamanı vəfat edib.

Sabahinfo.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə klubun açıqlamasında bildirilir.

Məlumata əsasən, 18 yaşlı idmançı komanda ilə birgə məşq edərkən özünü pis hiss edib və huşunu itirib. Stelios Markusis dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq onun ölümünə səbəb kimi ürək tutması göstərilir.

Qeyd edək ki, "Veriya” klubu Yunanıstan çempionatında iki turdan sonra 5-ci pilləni tutur.