Ərdoğan Gülü tənqid etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrinə dair 19 tarixçi və akademiklə keçirdiyi müzakirə başa çatıb. 

Əsasən erməni probleminin müzakirə olunduğu görüşdə Ərdoğan 11-ci prezident Abdullah Gülü də üstü örtülü olaraq tənqid edib. 

Türkiyə prezidenti ad çəkmədən sələfinin bu hərəkətinin yersiz olduğunu deyib. 

"Daha əvvəl fərqli addımlar atıldı. İrəvana gedildi, matç izləndi. Bu hərəkətlər münasibətlərin yumşaldığı mesajını verir. Amma bu addım İrəvanın əlində kozr oldu və onlar daha sonar üstümüzə daha sərt gəlməyə başladılar”. 

Xatırladaq ki, Türkiyə prezidenti olduğu dövrdə Abdullah Gül 2008-ci il sentyabrın 6-da Türkiyə və Ermənistan futbol yığmalarının qarşılaşmasını izləmək üçün İrəvana səfər etmişdi.