Şuşa döyüşləri Azərbaycan tarixinə qəhrəmanlıq dastanı kimi həkk olundu - AÇIQLAMA

"44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun gücünü bütün dünyaya sübut etdi".

Sabahinfo.az xəbər verir ki, bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, hələ Tovuz döyüşlərindən başlayaraq gənclərimiz könüllü olaraq yaşadıqlar rayon üzrə səfərbərlik xidmətinə müraciət edərək döyüşmək istədiklərini qeyd edirdi:

"Nəhayət sentyabrın 27-də düşmənin bütün cəbhəboyu təxribatlarına cavab olaraq əks hücum əməliyyatları başladı. Qısa müddətdə Azərbaycanın rəşadətli ordusu düşmənin 30 ildə qurduğu istehkamı qıraraq ermənilərin uydurduqları güclü Ermənistan ordusu mifini darmadağın etdi.

Döyüş meydanında Azərbaycan əsgərini görən erməni hərbçiləri gizlənmək üçün siçan deşiyi axtarırdı. Şuşa uğrunda gedən döyüşlərdə heç bir ağır hərbi texnikadan istifadə etmədən əlbəyaxa döyüş qabiliyyəti ilə Azərbaycanın qəhrəman oğulları düşmənin başını əzərək layiq olduqları yeri göstərdilər. Ümumiyyətlə Şuşa döyüşləri Azərbaycan tarixinə qəhrəmanlıq dastanı kimi həkk olundu".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi tək bizim ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Azərbaycan oğullarının qeyrəti və vətənpərvərliyi sayəsində 30 ildə tapdalanmış hüquqlarmız bərpa edildi:

"Ali Baş Komandanın rəhbərliyi yüksək döyüş qabiliyyətinə malik güclü ordumuz qısa müddətdə düşmənin başını əzərək, onu ağ bayraq qaldırmağa və hərbi kapitulyasiyasiyanı imzalamağa məcbur etdi.

Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edərək regionda yeni bir dövrün başlamasına nail oldu. Artıq tək işğal olunmuş torpaqlarımızın anım gününü deyil həm də möhtəşəm qələbələrimizi qeyd edəcəyik. Azərbaycanın rəşadətli oğulları bu münaqişənin gələcək nəsillərə qalmasına imkan vermədi. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə sağalmaqlarına qovuşmağı arzu edirəm".