Yeni mer məmuru cəzalandırdı - Dəfələrlə xəbərdarlıq edilib

Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sıra nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi faktları aşkar olunub.

Sabahinfo.az Report-a istinadən xəbər verir ki, bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.