"Nani Mourinyonun təklifini qəbul etdi

Luiş Nani bir vaxtlar formasını geyindiyi "Mançester Yunayted"ə qayıtmaq istəyir.

Trend-in məlumatına görə, Joze Mourinyo"Qırmızı şeytanlar"ın baş məşqçisi postuna keçməsi ilə portuqaliyalı futbolçunu komandasına dəvət edib.

Təklifi qəbul edən Naninin "Fənərbağça"dan 8 milyon avro müqabilində sərbəst qala biləcəyi deyilir.

Hazırda danışıqlar davam edir.sabahinfo.az