"Space" Filipp Kirkorovu plagiatda günahlandırdı

Fransanın "Space" musiqi qrupu Rusiyalı müğənni Filipp Kirkorovu plaqiatda günahlandırıb.

sabahinfo.Az xəbər verir ki, qrupun lideri Didye Maruani artıq məhkəməyə müraciət edib. Qrupun iddiasına görə, müğənninin ifa etdiyi "Qəddar məhəbbət" mahnısı plagiatdır və müəllif hüquqlarını qorumaq üçün Didye Moskva şəhər məhkəməsinə müraciət edib.

Fransızların iddiasına görə, adıçəkilən mahnı "Symphonic space dream" mahnısının oğurlanmış versiyasıdır.

Məhkəmədən Kirkorova mahnını bir daha ifa etməmək qadağası və müəllif hüquqlarının pozulması və mənəvi təzminat səbəbi ilə 75 milyon 34 min rubl pul ödənilməsi tələb edilib.