Bakıda 150 min dollarlıq cinayət

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

Sabahinfo.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 12-də Rusiya Federasiyası vətəndaşı Bəhman Səmədovun evindən 150.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Aqil Vəkilov tutulub.

Faktla bağlı araşdırma aparılır.