"2016-cı ilin ötən altı ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətininin yerli qurumları tərəfindən bitkiçilik məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 9 halda karantin tətbiq edilən zərərli orqanizmlər və 78 halda nizamlanan zərərli orqanizmlər aşkar edilib, zərərli orqanizmlər müəyyən edildiyinə görə 48 ton kartof ixracatçı ölkəyə geri qaytarılıb”.
Sabahinfo.az xəbər verir ki, bu barədə Dövlət Xidmətində keçirilən kollegiya iclasında səsləndirilib.
"971 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra istifadəsinə icazə verilib, təxminən 97 min ton yük, 1 mln 470 min m3 taxta materialı, obyekt və boş anbar sahəsi zərərsizləşdirilib, 90 tona yaxın məhsul dövriyyədən çıxarılaraq məhv edilib. (2004-2014-cü illərdə Dövlət Xidmətinin qurumları tərəfindən məhv edilən bitkiçilik məhsullarının ümumi çəkisi cəmi 2,5 ton olub)”.