“Eurovision-2017”-də Azərbaycanı təmsil edən ifaçının adı məlum olub

"Eurovision-2017” Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

sabahinfo.Az xəbər verir ki, İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib.

İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanıntəmsil etməsi barədə qərar qəbul edib.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva "Eurovision 2011”in seçim turlarında iştirak edib.