Gəncə sakini Daşkəsəndə bıçaqlanıb

Daşkəsəndə bıçaqlanma hadisəsi olub.

Sabahinfo.Az bildirir ki, APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Qara Budaqov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri alan Q. Budaqov Gəncədəki xəstəxanaların birinə yerləşdirilib. Əməliyyat olunan Q. Budaqovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.