İtaliya millisinin yeni baş məşqçisi açıqlandı

İtaliya milli komandasının yeni baş məşqçisi rəsmi olaraq açıqlanıb. Apasport.az saytının məlumatına görə, İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio açıqlam verib.

 Bildirilib ki, "göylər"i Avropa çempionatından sonra "Torino"nun baş məşqçisi Campetro Ventura çalışdıracaq.

 Yerli mətbuat yeni çalışdırıcı ilə 2 illik anşlama əldə olunacağını yazıb. Onun əmək haqqı isə illik 1.3 milyon avro olacaq.

 Qeyd edək ki, millinin hazırkı çalışdırıcısı Antonio Kontedir. O, AÇ-2016-dan sonra İtaliya millisini tərk edəcək və "Çelsi”də işləyəcək.