Mehman Hüseynov cərimələndi və sərbəst buraxıldı

Tanınmış bloqqer Mehman Hüseynov sərbəst buraxılıb. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

O deyib ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinib:

"Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Mehman 200 manat cərimələndi və azadlığa buraxıldı”.