Şirvanda baş həkimi qarət etdilər

Pul və qızıl-ziynət əşyalarını oğurlanıb.

Şirvan şəhərində quldurluq hadisəsi baş verib. 

sabahinfo.az-ın Report-a istinadən verdiyi məlumata görə, Şirvan şəhər doğum evinin baş həkimi Sevda Sabirağa qızı Həsənovanın evinə naməlum şəxs və ya şəxslər basqın ediblər. 

Məlumata görə, quldurlar baş həkimin qaynanasının ağzını bağlayaraq evdən pul və qızıl-ziynət əşyalarını oğurlayaraq aradan çıxıblar.

Faktla bağlı Şirvan Şəhər Polis şöbəsində quldurların tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.